Dövlət qurumunda YENİ TƏYİNAT

Dövlət qurumunda YENİ TƏYİNAT

Aytac Dəniz · İqtisadiyyat ·

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan "Azərpambıq Aqrar Sənaye Kompleksi"inin Baş direktoru Fəxri Mehdiyev özünə müşavir təyin edib.

Redaksiya İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Afər Mehrabova Əzimova baş direktorun müşaviri vəzifəsinə təyin olunub.

Bundan əvvəl o, Satınalma və təchizat zənciri şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə və Biləsuvarda yerləşirlər), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucarda), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.