Donald Trampın paylaşımı İran mediasında zarafata səbəb oldu

Donald Trampın paylaşımı İran mediasında zarafata səbəb oldu

Nizami Salmanov · Media ·

İran mediası ABŞ prezidenti Donald Trampın "Truth Social" platformasındakı son paylaşımını yumoristik şəkildə şərh edib. ABŞ prezidenti Donald Tramp danışıqların başa çatması ilə əlaqədar etdiyi bu paylaşımda mətnin ingilis dilində ikili məna daşıdığını vurğulayıb.

Redaksiya Eskan-a isitinadla məlumat verir ki, ABŞ prezidenti Donald Trampın paylaşımında yazılan ifadə həm diplomatik kontekstdə, həm də poker dilində şərh oluna bilər. O, paylaşımında belə qeyd edib: "Bütün kartlar bizdədir, sizdə heç nə yoxdur! Danışmaq istəyirsinizsə, sadəcə zəng (call) edin!!!" Bu cümlənin poker dilindəki mənası xüsusilə diqqət çəkib.

Donald Trampın paylaşımı İran mediasında zarafata səbəb oldu - Şəkil 1

Pokerdə "call" termini təklif olunan mərcə məcburi şəkildə razılaşmaq deməkdir. Bu kontekstdə ABŞ prezidenti Donald Tramp ya rəqibin dərhal mərci qəbul etməsini, ya da oyun masasından ayrılmasını nəzərdə tutur. İran mediası bu ikili mənalı ifadəni öz xəbərlərində əyləncəli bir şəkildə təqdim edərək, ABŞ prezidenti Donald Trampın ünsiyyət tərzinə işarə edib.