ABŞ Prezidenti Donald Tramp, Körfəz ölkələrini əhatə edən diplomatik səfərinə başlamaq üçün bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada çatıb. Prezidentin səfəri zamanı Qətər və Birləşmiş Ərəb Əmirliklərini də ziyarət etməsi planlaşdırılır.
Redaksiya ərəbdilli mətbuata istinadən xəbər verir ki, Trampın Körfəz turu çərçivəsində regional təhlükəsizlik, enerji əməkdaşlığı və Yaxın Şərqdəki sülh təşəbbüsləri ilə bağlı mühüm görüşlər keçirməsi gözlənilir.
Ağ Evdən verilən açıqlamaya görə, Trampın səfəri, həmçinin ABŞ-ın ərəb dünyası ilə strateji tərəfdaşlığını gücləndirmək məqsədi daşıyır. Riyadda keçiriləcək ilk görüşlərdə Fələstin məsələsi və İranla bağlı regional narahatlıqların da gündəmdə olacağı bildirilir.
Səfər zamanı Trampın bir neçə yeni siyasi təşəbbüsü elan edəcəyi gözlənilir.
Sevinc Kərimova
