ABŞ prezidenti Donald Tramp İranda baş verən etiraz aksiyaları ilə bağlı açıqlama verərək, dinc etirazçılara qarşı zorakılıq tətbiq ediləcəyi təqdirdə ABŞ-nin müdaxilə edəcəyini bildirib. Onun sözlərinə görə, etirazçıların güllələnməsi və zorakılıqla öldürülməsi qəbuledilməzdir.
Redaksiya xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəyanatında “əgər İran dinc etirazçıları güllələsə və zorakılıqla öldürsə, Amerika Birləşmiş Ştatları onların köməyinə gələcək” ifadəsini işlədib. O, ABŞ-nin buna hazır olduğunu vurğulayıb.
Donald Tramp həmçinin ölkəsinin “tam hazır vəziyyətdə” olduğunu qeyd edərək, vəziyyətin gərginləşəcəyi halda Vaşinqtonun addım atmaqdan çəkinməyəcəyini bildirib. Açıqlama beynəlxalq ictimaiyyətdə diqqətlə izlənilir.
İranda baş verən etirazlar fonunda səslənən bu bəyanat regionda siyasi gərginliyin daha da arta biləcəyi ilə bağlı narahatlıqları gücləndirib. Rəsmi Tehrandan isə məsələyə dair hələlik cavab açıqlaması verilməyib.
