DİQQƏT! Soyuq hava göz xəstəlikləri riskini artırır

DİQQƏT! Soyuq hava göz xəstəlikləri riskini artırır

Sona Osmanova · Elm ·

Aşağı temperatur və quru hava göz səthini qoruyan göz yaşı qatının daha sürətli buxarlanmasına səbəb olur. Bu proses nəticəsində gözlərdə sulanma, qum hissi, yanma və qızartı kimi narahatlıqlar meydana çıxır.

Redaksiya məlumat verir ki, bu barədə oftalmoloq İvan Zarubin xəbərdarlıq edib. Onun sözlərinə görə, qeyd olunan əlamətlər orqanizmin qoruyucu reaksiyası hesab olunur.

Mütəxəssis bildirib ki, soyuq və quru havaya mütəmadi məruz qalma hallarında bu qoruyucu mexanizm patoloji hal ala bilər. Nəticədə quru göz sindromu və konyunktivit kimi göz xəstəliklərinin inkişaf riski əhəmiyyətli dərəcədə artır.

Oftalmoloq xüsusilə qış mövsümündə gözlərin qorunmasının vacibliyini vurğulayaraq, soyuq havada açıq mühitdə uzun müddət qalmaqdan çəkinməyi və göz sağlamlığına diqqət yetirməyi tövsiyə edib.