Dərnəgül dəmir yolu dayanacağı sərnişinlərin istifadəsinə verilib

Dərnəgül dəmir yolu dayanacağı sərnişinlərin istifadəsinə verilib

Aytac Dəniz · İqtisadiyyat ·

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Dərnəgül dayanacağını sərnişinlərin istifadəsinə verib.

Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən dayanacaqda turniket binaları, yerüstü keçid və 4 platforma artıq sərnişinlərin xidmətindədir.

Dərnəgül dayanacağı sayəsində şəhərdaxili mobillikdə dəmiryol xəritəsi genişləndirərək, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha da əlçatan edilir.