Dağlarda daşqın – 200 nəfər tələdə qaldı!

Dağlarda daşqın – 200 nəfər tələdə qaldı!

Sevinc Kərimova · Dünya ·

Şiddətli yağışların yaratdığı daşqınlar nəticəsində Amerika Birləşmiş Ştatlarının şərqində, xüsusilə Appalaç dağlarında fəlakətli vəziyyət yaranıb. Təbii fəlakət nəticəsində yüzlərlə insan təhlükə altında qalıb, bəzi bölgələrdə isə itkilər qeydə alınıb.

Redaksiya xəbər verir ki, Virciniya ştatının Albermarl qraflığında yağışlar nəticəsində yollar bağlanıb, ağaclar aşıb və bir çox ərazilərdə daşqınlar baş verib.

Təxminən 200 nəfərin təhsil aldığı bir məktəbdə müəllim və şagirdlərin təxliyəsi üçün genişmiqyaslı əməliyyat aparılıb. Qrifin qraflığında sürətlə yüksələn su səviyyəsi səbəbindən iki avtomobilin içində qalan insanlar xilas edilib. Merilənd ştatının Allegani qraflığında da vəziyyət gərgin olaraq qalıb. Orada güclü yağışlar nəticəsində onlarla insan xilas edilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir və itkin düşən şəxslərin axtarışları aparılır.

Sevinc Kərimova