Microsoft-un süni intellekt əsaslı köməkçisi Copilot, gözlənildiyi kimi istifadəçi kütləsi toplaya bilmədi. Şirkətin bu sahədəki planları və gələcək strategiyaları indi daha böyük maraq doğurur.
Redaksiya məlumat verir ki, Microsoft-un Windows əməliyyat sistemi üzərindən təqdim etdiyi süni intellekt köməkçisi Copilot, istifadə nisbətləri baxımından gözləntiləri qarşılamayıb. Şirkətin son açıqlamalarına görə, tətbiqin aktiv istifadəçi sayı təxminən 20 milyon səviyyəsində qalıb. Bu göstərici, rəqib süni intellekt platformalarının sürətlə böyüməsi fonunda Microsoft üçün mənfi bir mənzərə yaradır. Məsələn, ChatGPT həftəlik 400 milyon aktiv istifadəçiyə çatarkən, Google-un Gemini modeli də 100 milyon istifadəçi həddini keçib.
Copilot, Office və OneDrive kimi populyar Microsoft xidmətlərinə inteqrasiya olunmasına baxmayaraq, gözlənilən marağı görmədi. Şirkət, tətbiqin cazibəsini artırmaq üçün çalışmalarını davam etdirir. Son olaraq, Copilot+, kompüter ekranını görmə və bəzi tapşırıqları avtonom şəkildə yerinə yetirmə kimi xüsusiyyətlər qazandı. Microsoft-un inkişaf etdirdiyi Copilot-un, yeni funksiyaların əlavə edilməsi ilə istifadəçilər üçün daha faydalı bir vasitəyə çevrilməsi gözlənilir. Lakin mövcud məlumatlar, tətbiqin istifadəçilər arasında hələ ki, gözlənilən təsiri yaratmadığını göstərir.
Bu vəziyyət, Microsoft-un süni intellekt sahəsindəki strategiyalarını yenidən nəzərdən keçirməsinə səbəb ola bilər. Gələcəkdə Copilot-un istifadəçi sayını artırmaq üçün hansı addımların atılacağı maraqla gözlənilir.
Sevinc Kərimova
