ABŞ-ın sabiq prezidenti Co Bayden planlaşdırdığı prezident kitabxanası üçün maliyyə toplamaqda çətinlik çəkir. Əvvəllər böyük ianələr etmiş əsas donorların çoxu bu dəfə ya dəstək göstərmir, ya da cüzi məbləğlərlə kifayətlənir.
Redaksiya NBC News-a istinadla xəbər verir ki, Baydenin komandası maliyyə vəsaiti cəlb etmək üçün müxtəlif kanallardan istifadə etsə də, prosesin gözləniləndən daha ləng getdiyi bildirilir.
Məlumata görə, kitabxana layihəsinin gələcək taleyi əsaslı şəkildə yeni donorların cəlb olunmasından asılı olacaq. Baydenin ətrafı isə kitabxananın siyasi irsinin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayır.
