Claude rusiyalı istifadəçilərin hesablarını bloklayır

Claude rusiyalı istifadəçilərin hesablarını bloklayır

Fərid Əlizadə · Media ·

Anthropic-in Claude platformasında rusiyalı istifadəçilərə məxsus hesabların kütləvi şəkildə bloklandığı bildirilir.

Redaksiya məlumat verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, bloklamalar yüzlərlə IT mütəxəssisi, sahibkar və kontent yaradıcısına təsir edib.

Claude rusiyalı istifadəçilərin hesablarını bloklayır - Şəkil 1

İstifadəçilərə göndərilən bildirişdə hesabların “şübhəli siqnallar” və istifadə qaydalarının pozulması səbəbindən bağlandığı qeyd olunur.

Məlumata görə, bəzi istifadəçilərə ödənişlərin geri qaytarıldığı bildirilir. Lakin onlar Claude üzərində saxlanılan məzmun, kod, iş materialları və analitik məlumatlara çıxışın itirildiyini deyirlər.

Hadisə süni intellekt platformalarında hesab təhlükəsizliyi, geosiyasi məhdudiyyətlər və istifadəçi məlumatlarının qorunması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.