Çinin ticarət profisiti müharibəyə baxmayaraq tarixi səviyyəyə yüksəldi

Çinin ticarət profisiti müharibəyə baxmayaraq tarixi səviyyəyə yüksəldi

Sona Osmanova · İqtisadiyyat ·

Çin 2025-ci ildə ABŞ ilə davam edən ciddi ticarət müharibəsinə baxmayaraq, tarixi səviyyədə ticarət profisiti qeydə alıb. Rəsmi məlumatlara əsasən, ölkənin ümumi ticarət profisiti təxminən 1,2 trilyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir.

Redaksiya Reuters-a istinadla xəbər verir ki, Çinin Baş Gömrük Administrasiyasının açıqladığı statistikaya görə, ixracat göstəriciləri xüsusilə ilin son ayında ciddi artım nümayiş etdirib. Dekabr ayında ixracat ABŞ dolları ifadəsində illik müqayisədə 6,6 faiz yüksəlib, ümumi illik ixrac artımı isə 5,5 faizə çatıb.

Məlumatda bildirilir ki, bu göstəricilər ölkənin ticarət profisitini 2024-cü illə müqayisədə təxminən 20 faiz artıraraq 1,2 trilyon dollar səviyyəsinə yüksəldib. Eyni zamanda, Çin ilə ABŞ arasında ümumi ticarət dövriyyəsi illik müqayisədə 18,7 faiz azalaraq 559 milyard dollar olub.

Çinin ABŞ-a ixracı da 20 faiz azalaraq 420 milyard dollara düşüb. Gömrük rəsmisi Vanq Cun bu nəticələri ticarət tərəfdaşlarının şaxələndirilməsi və iqtisadi dayanıqlığın gücləndirilməsi ilə izah edib və 2026-cı ildə də ixracatın iqtisadiyyata dəstək verəcəyini proqnozlaşdırıb.