Çində yüksək vəzifəli bankir korrupsiya ittihamı ilə edam edilib

Çində yüksək vəzifəli bankir korrupsiya ittihamı ilə edam edilib

Sevinc Kərimova · Siyasət ·

Çində korrupsiya ilə bağlı aparılan genişmiqyaslı kampaniya çərçivəsində yüksək vəzifəli sabiq bankir Bai Tyanxuyinin edam edilməsi barədə məlumat yayılıb. O, ölkənin maliyyə sektorunda korrupsiya hallarının ən ağır nümunələrindən biri kimi qiymətləndirilib.

Redaksiya xəbər verir ki, Çin Huaronq Beynəlxalq Holdinqinin keçmiş baş meneceri Bai Tyanxuyi 2014–2018-ci illər ərzində 1,1 milyard yuan həcmində rüşvət almaqda təqsirli bilinərək Tianjin şəhərində edam olunub. İttihamlar məhkəmə tərəfindən tam təsdiqlənib və hökm dərhal icra edilib.

Çin rəhbərliyi bu qərarı ölkədə korrupsiya ilə mübarizənin qətiyyətli davamı kimi təqdim edir. Siyasi rəhbərlik bu cür halların dövlət institutlarına zərər vurduğunu və sərt tədbirlərin davam etdiriləcəyini bildirib.

Rəsmi açıqlamalarda vurğulanıb ki, korrupsiya ilə mübarizə siyasəti ölkənin iqtisadi və institusional sabitliyini qorumaq məqsədi daşıyır və gələcəkdə də eyni istiqamətdə addımlar atılacaq.