Çində Xiaomi SU7 avtomobili qəzaya düşdü və yandı

Çində Xiaomi SU7 avtomobili qəzaya düşdü və yandı

Sevinc Kərimova · Hadisə ·

Çində sürücü, Xiaomi SU7 elektrik avtomobilinin qəzaya uğraması və alovlanması nəticəsində həyatını itirib. Elektrik sistemində nasazlıq yarandıqdan sonra avtomobilin qapıları kilidlənib və xilasedicilər sürücünü çıxara bilməyiblər.

Redaksiya xəbər verir ki, hadisədən sonra Xiaomi şirkətinin səhmləri təxminən 9 faiz dəyər itirib.

Hadisə ictimaiyyətdə təhlükəsizlik sistemlərinin avtomatik kilidlənmə mexanizmlərinə dair geniş müzakirələrə səbəb olub.