Çində humanoid robotlar yol hərəkətini tənzimləməyə başlayıb

Çində humanoid robotlar yol hərəkətini tənzimləməyə başlayıb

Fərid Əlizadə · Texnologiya ·

Çinin Şanxay şəhərində yol hərəkətinə nəzarət məqsədilə humanoid robotlardan istifadə olunur.

Redaksiya xəbər verir ki, Şanxay polisi artıq bu robotları yol hərəkətinin tənzimlənməsində sınaqdan keçirməyə başlayıb. Robotlar inspektorların jestlərini dəqiq şəkildə təkrarlayır və ətrafdakılar tərəfindən asanlıqla fərq edilir.

Hazırda bu layihə test mərhələsində olsa da, yaxın gələcəkdə bu tip “canlı siqnallar” mürəkkəb yol qovşaqlarında, məktəblərin qarşısında, piyada keçidlərində, qəza və ya işıqfor nasazlığı hallarında, eləcə də kütləvi tədbirlər və tıxac zamanı geniş şəkildə tətbiq oluna bilər.

Fərid Əlizadə