Çin Trampın İrana zərbələrini pislədi: “BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır”

Çin Trampın İrana zərbələrini pislədi: “BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır”

Sevinc Kərimova · Siyasət ·

Çin hökuməti ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarına sərt reaksiya verib.

Redaksiya xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi ABŞ-ın, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətində olan nüvə obyektlərinə hücumlarını “BMT Nizamnaməsinin ciddi şəkildə pozulması” kimi qiymətləndirib.

Pekindən verilən açıqlamada bildirilib ki, Çin, Moskvanın hücumlara dair sərt mövqeyini bölüşür və bütün tərəfləri, xüsusilə də İsraili hücumları dərhal dayandırmağa və dialoq və danışıqlara başlamağa çağırır.

Sevinc Kərimova