Çin Tayvana silah satışı səbəbilə ABŞ-a sanksiyalar tətbiq etdi

Çin Tayvana silah satışı səbəbilə ABŞ-a sanksiyalar tətbiq etdi

Sevinc Kərimova · Siyasət ·

Çin hakimiyyəti Tayvana silah satışı ilə əlaqədar ABŞ-a qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Qərar iki ölkə arasında mövcud olan siyasi və hərbi gərginliyi daha da artıran addım kimi qiymətləndirilir.

Redaksiya RT-yə istinadla xəbər verir ki, sanksiyalar çərçivəsində ABŞ-ın müdafiə sənayesində fəaliyyət göstərən 20 şirkət və 10 fiziki şəxs üçün Çinə giriş qadağan olunub. Qadağanın dərhal qüvvəyə mindiyi bildirilir.

Məlumata görə, Çin tərəfi bu addımı Tayvana silah tədarükünü ölkənin suverenliyinə və təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirməsi ilə əsaslandırıb. Rəsmi Pekin bu cür fəaliyyətlərin regional sabitliyə zərər verdiyini bəyan edib.

Ekspertlər hesab edirlər ki, tətbiq edilən məhdudiyyətlər Çin və ABŞ arasında münasibətlərin yaxın perspektivdə daha da gərginləşməsinə səbəb ola bilər. ABŞ tərəfinin bu qərara necə reaksiya verəcəyi isə hələlik açıqlanmayıb.