Çin prezidenti Si Tsinpin İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından ciddi narahatlıq keçirdiyini bəyan edib. Bu barədə Çin dövlət mediası məlumat yayıb.
Redaksiya xəbər verir ki, Si Tsinpin bu fikirləri Qazaxıstanda keçirilən görüş zamanı Özbəkistan prezidenti ilə görüşündə səsləndirib. “İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması Yaxın Şərqdə vəziyyətin qəfil gərginləşməsinə səbəb olub. Çin bundan dərin narahatlıq duyur.” – deyə Si bildirib.
O, həmçinin qeyd edib ki, Çin başqa ölkələrin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə xələl gətirən hər hansı hərəkətə qarşıdır.
