Çin ilk universal ev robotu kimi təqdim olunan “Shiguang S1” modelini rəsmi olaraq nümayiş etdirib.
Redaksiya xəbər verir ki, robot gündəlik məişət işlərini yerinə yetirmək üçün hazırlanıb.
“Shiguang S1” paltar qatlamaq, yemək hazırlamaq, yemək masasını yığışdırmaq və ev daxilində sadə təşkilat işlərini görmək imkanına malikdir.
Yeni model süni intellekt, robotik qollar, obyekt tanıma və hərəkət planlaşdırma texnologiyaları ilə işləyir. Bu sistem robotun ətraf mühiti analiz etməsinə və müxtəlif ev tapşırıqlarına uyğun reaksiya verməsinə imkan verir.
Çin texnologiya şirkətləri son illərdə humanoid və məişət robotları sahəsinə böyük yatırımlar edir. “Shiguang S1” bu yarışda ev istifadəsinə yönəlmiş ən iddialı modellərdən biri kimi təqdim olunur.
Ekspertlər hesab edirlər ki, belə robotlar gələcəkdə ev qulluqçusu, yaşlılara yardım və gündəlik məişət avtomatlaşdırılması sahələrində geniş istifadə oluna bilər.
