"ChatGPT"də təhlükəsiz yazışma funksiyası istifadəyə verilib

"ChatGPT"də təhlükəsiz yazışma funksiyası istifadəyə verilib

Aytac Dəniz · Texnologiya ·

"OpenAI" "ChatGPT"yə dördrəqəmli PIN-kodla giriş məhdudlaşdırıla bilən qorunan çat funksiyasını tədricən tətbiq etməyə başlayıb.

Bu barədə tərtibatçı şirkət məlumat yayıb.

Belə yazışmalar adi tarixdən, bərkidilmiş çatların siyahısından və ümumi axtarışdan gizlədilir. Onlar giriş üçün hesabın PIN-kodunu tələb edən "Projects > Locked chats" bölməsində saxlanılır. Dəstəklənən mobil qurğularda onun əvəzinə "Face ID", "Touch ID" və ya qurğunun özünün kilidini açmaq funksiyasından da istifadə etmək olar.

Funksiya "Free", "Go", "Plus", "Pro", "Business", "Enterprise" və "Edu" tarif planlarından istifadə edənlər üçün tədricən tətbiq olunur.

"OpenAI" vurğulayıb ki, çatın bloklanması ucdan-uca şifrələməni təmin etmir və ayrıca şifrələnmiş anbar yaratmır. O həmçinin yazışmaların saxlanma müddətini və onun süni intellekt modellərinin təkmilləşdirilməsi üçün istifadə olunub-olunmayacağını müəyyən edən tənzimləməni də dəyişmir.

Əgər istifadəçi PIN-kodu unutsa və onu sıfırlamaq qərarına gəlsə, bütün qorunan çatlar, yalnız bu yazışmalardan yadda saxlanılan məlumatlar, eləcə də onlar tərəfindən qorunan fayllar bərpaolunmaz şəkildə silinəcək. Onları "OpenAI"nin dəstək xidməti vasitəsilə bərpa etmək mümkün deyil.