Çexiyada genişmiqyaslı elektrik kəsintisi baş verib

Çexiyada genişmiqyaslı elektrik kəsintisi baş verib

Sevinc Kərimova · Dünya ·

Çexiya Respublikasının böyük bir hissəsi, o cümlədən paytaxt Praqa və Liberets şəhəri işıqsız qalıb.

Redaksiya xəbər verir ki, ölkənin enerji şəbəkəsinin operatoru CEPS-in məlumatına görə, ciddi nasazlıq nəticəsində elektrik enerjisinin verilişi dayanıb.

Elektrik kəsintisi səbəbindən ictimai nəqliyyat fəaliyyəti dayandırılıb, liftlərdə insanlar köməksiz qalıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Texniki qruplar elektrik enerjisinin bərpası üçün təcili tədbirlər görür. İctimaiyyətə əlavə məlumatın yaxın saatlarda veriləcəyi gözlənilir.

Sevinc Kərimova