Çexiyanın Baş naziri Andrej Babiş ABŞ prezidenti Donald Trampın Avropaya deyil, ABŞ-nin maraqlarına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Trampın əsas məqsədi öz siyasi proqramını həyata keçirmək və “Amerikanı yenidən böyük etmək”dir.
Redaksiya Mandiner-ə istinadla xəbər verir ki, Andrej Babiş Polşa Prezidenti, özü və Macarıstanın Baş naziri Viktor Orbanın ABŞ prezidenti Donald Trampın Avropadakı ən yaxın müttəfiqləri olduğunu bəyan edib. O vurğulayıb ki, Tramp Avropanın maraqlarını deyil, birbaşa ABŞ-nin milli prioritetlərini əsas götürür.
Çexiya Baş naziri eyni zamanda Avropanın Rusiya Prezidenti Vladimir Putinlə dialoqdan imtina etdiyini xatırladıb. Onun sözlərinə görə, son 4 il ərzində Avropa Putinə qarşı sərt mövqe tutub və danışıqlardan yayınırdı.Babiş qeyd edib ki, Viktor Orban əvvəlcə Ukrayna Prezidenti Volodimir Zelenski, daha sonra isə Vladimir Putinlə görüşəndə ciddi tənqidlərə məruz qalmışdı. Lakin hazırda Avropada getdikcə daha çox səsin birbaşa Putinlə danışıqların zəruriliyini dilə gətirdiyini bildirib.
Baş nazirin fikrincə, Avropa siyasətində bu mövqenin dəyişməsi artıq reallığa çevrilir və bir çox siyasi dairələr Orbanın əvvəllər səsləndirdiyi yanaşmanı indi qəbul etməyə başlayır.
