“Çevik” ləqəbi ilə tanınan bloqer Məqsəd Bağırov ötən gün yaşadığı Qəbələ şəhərində iki nəfər tərəfindən döyülüb.
Hadisə şahidlərinin bildirdiyinə görə, Məqsəd Bağırov əvvəlcə həmin şəxslər tərəfindən söhbət etmək məqsədilə evinin yaxınlığında yerləşən kafeyə çağırılıb.
Daha sonra kafenin həyətində ona xəsarət yetirildiyi bildirilir.Məlumata əsasən, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları hadisəyə müdaxilə edib və iki nəfər saxlanılıb.
Faktla bağlı polis şöbəsində araşdırma aparıldığı bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi və saxlanılan şəxslərin kimliyi barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən rəsmi açıqlama verilməyib. (Aztimes.az)
