Blue Origin şirkətinin ağır sinifli New Glenn raketinin sınaqları zamanı partlayış baş verib.
Redaksiya xəbər verir ki, insident raketin test mərhələsində qeydə alınıb.
Hadisənin görüntüləri NASASpaceflight tərəfindən X platformasında yayımlanıb.
Kadrlarda sınaq zamanı qəfil alovlanma və partlayışın baş verdiyi görünür.
Hələlik Blue Origin partlayışın səbəbi və raketə dəyən zərərin miqyası ilə bağlı ətraflı açıqlama verməyib.
New Glenn Blue Origin-in ağır yükdaşıma raketi kimi hazırlanır və gələcəkdə peyklərin orbitə çıxarılması, kommersiya missiyaları və daha böyük kosmik layihələr üçün istifadə olunması planlaşdırılır.
İnsident şirkətin raket proqramı üzrə növbəti sınaqların qrafikinə təsir edə bilər.
