Çağırışlar – Fələstinin tanıması an məsələsidir

Çağırışlar – Fələstinin tanıması an məsələsidir

Sevinc Kərimova · Siyasət ·

Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınması istiqamətində Avropada və Yaxın Şərqdə diplomatik dinamika güclənməkdədir. “The Guardian” nəşri yazır ki, İngiltərənin Fələstini rəsmi olaraq tanıması artıq an məsələsidir.

Redaksiya xəbər verir ki, Belçikada müxalifət partiyaları hökumətə Fələstin dövlətini tanımaq üçün rəsmi addım atmaq çağırışı ediblər. Eyni zamanda Almaniyanın kansleri Fridrix Mers bildirib ki, Fələstin dövlətinin tanınması iki dövlətli həll prosesinin son mərhələlərindən biridir.

Yaxın Şərqdən də bu istiqamətdə mühüm dəstək gəlib. BMT-nin Nyu-Yorkda təşkil etdiyi Fələstin konfransında çıxış edən İordaniya və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri dünya ictimaiyyətini Fələstin dövlətini tanımağa çağırıblar. Onlar bölgədə ədalətli və davamlı sülh üçün bunun vacib olduğunu vurğulayıblar.

Birləşmiş Ştatlar isə bu təşəbbüslərə qarşı daha sərt mövqe sərgiləyir. ABŞ Dövlət Departamenti sözügedən beynəlxalq konfransı tənqid edərək, tədbirin HƏMAS-ı cəsarətləndirdiyini bəyan edib. Donald Tramp administrasiyası da bu təşəbbüsə qarşı çıxıb və onu ABŞ-ın maraqları ilə ziddiyyətli hesab edib.

Qeyd edək ki, bundan əvvəl İtaliya və Fransa liderləri də Fələstin dövlətini tanıyacaqlarına dair mesajlar vermişdilər. Müşahidəçilər bu gedişatı Avropa və ərəb dünyasında vahid mövqeyə doğru atılmış mühüm addım kimi qiymətləndirirlər.

Sevinc Kərimova