İtaliyanın tanınmış lüks brendi Bulgari Rusiyada rəsmi ticarət nişanı qeydiyyatdan keçirmək üçün müraciət edib.
Redaksiya xəbər verir ki, bu barədə məlumat Rusiya Əqli Mülkiyyət Agentliyi – Rospatentin bazasında yer alıb. Şirkət ticarət nişanını yalnız parfümeriya və aksesuarlar üçün deyil, həm də geyim, elektronika və digər məhsullar üzrə qeydiyyatdan keçirmək niyyətindədir.
Bulgari-nin bu addımı brendin Rusiya bazarında fəaliyyətini genişləndirmək istədiyini göstərir. Hazırda prosesin hansı mərhələdə olduğu və qeydiyyatın nə vaxt tamamlanacağı barədə əlavə açıqlama verilməyib.
Sevinc Kərimova
