Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi ratifikasiya edib.
Bu, parlamentin bu gün keçirilən plenar iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Məsələ müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Bu sazişə dair sənəd ratifikasiya edildi
Aytac Dəniz · Siyasət ·