Bu gün ölkəmizdə olan iqtisadi sabitlik və əlverişli investisiya mühiti sərmayədarlarda böyük inam yaradır

Bu gün ölkəmizdə olan iqtisadi sabitlik və əlverişli investisiya mühiti sərmayədarlarda böyük inam yaradır

Sevinc Kərimova ·

Müasir dünyanın sənaye inqilabları ilə ayaqlaşmaq potensialını artıq sübut etmiş Azərbaycan 6 yanvar 2026-cı il tarixdə elektrik enerji istehsalında bərpaolunan ehtiyatlardan istifadəyə üstünlük verdiyini nümayiş etdirdi. Üç il əvvəl Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən təbii iqlim potensialı baxımından daha uyğun olduğu üçün Xızı rayonu ərazisində “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisinə başlanıldı. Bir məsələni də qeyd edək ki, stansiya Azərbaycanda ən böyük külək enerji stansiyasıdır.

Bu layihə üzrə 37 külək turbini quraşdırılmışdır ki, onların da hər birinin gücü 6.5 MVT-dır. Layihənin investisiya dəyəri isə 300 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Qeyd edək ki, “ACWA Power” şirkəti ölkə xaricində ilk dəfədir ki, bu həcmdə investisiya yatırır. Əlbəttə ki, bu fakt özü onu deməyə əsas verir ki, Səudiyyə Ərəbistanı Krallığı da da digər ölkələr kimi Azərbaycana etibarlı tərəfdaş kimi baxır. Bir məsələni də xüsusi vurğulamalıyıq ki, bu iki ölkə arasında münasibətlər əsl səmimi dostluq üzərində qurulub. Dini, milli baxımdan dərin tarixi bağlılıqları olan ölkələrmiz arasında olan münasibətlər Krallığın ölkəmizin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsindən sonra daha da möhkəmlənmişdir. Səudiyyə Ərəbistanı əsl ədalət nümunəsi nümayiş etdirərək daim Azərbaycanı artıq keçmişdə qalmış “Dağlıq Qarabağ” münaqişəsində dəstəkləyib.

Krallıq açıq şəkildə Ermənistanı təcavüzkar ölkə kimi tanıyaraq onlarla bütün istiqamətlərdə əlaqələrini kəsmişlər. Bu fakt özlüyündə çox mətləbə aydınlıq gətirir. “ACWA Power” şirkəti tərəfindən təbii ki, belə böyük həcmdə özəl investisiyanın ölkəmizə cəlb olunması Azərbaycanda aparılan islahatların məntiqi nəticəsidir. Ölkəmizdə iqtisadi sabitlik və əlverişli investisiya mühiti hazırda sərmayədarlarda böyük inam yaradır. Bu tipli layihələr dövlətin enerji təhlükəsizliyinə ciddi töhfələr verir.

Bundan başqa bu tipli layihələrin işə düşməsi nəticəsində atmosferə atılan zərəli qazların qarşısı alınır. Möhtərəm Prezidentcənab İlham Əliyev tərəfindən 2030-cu ilə qədər ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücünün 30 %-ə çatdırılmasının hədəf kimi qarşıya qoyulması əlbəttə ki, ölkəmizin gücünə əlavə güc qatacaqdır.

Bəxtiyar Məhərrəmov;
Neftçala rayonu