“PAŞA Bank” ASC-nin İdarə Heyəti sədrinə yeni müşavir təyin edilib.
Pedro Tolipan noyabr ayında IH sədrinin strateji müşaviri vəzifəsində işə başlayıb . Bildirilib ki, Pedro Tolipan yeni vəzifəsində bankın kiçik və orta biznes (KOB) seqmentinin genişləndirilməsinə dəstək verəcək və bütün xidmət kanallarında müştəri təcrübəsinin yaxşılaşdırılması üzrə çalışacaq.
Qeyd edək ki, Pedro Tolipan 2024-cü ilin dekabrından “PASHA Innovation”ın “Future Lab” bölməsində dizayn üzrə baş direktor vəzifəsində çalışır.
P.Tolipan daha əvvəl doqquz ildən çox “McKinsey & Company”də çalışıb. O, Londonda assosiativ tərəfdaş, Madriddə isə “Leap by McKinsey” üzrə baş direktor olub. “McKinsey”də işlədiyi dövrdə rəqəmsal bankların işə salınması və mobil bankçılığın yenilənməsi layihələrinə rəhbərlik edib. Bundan əvvəl “Barclays Wealth Management”də dizayn direktoru, “Vodafone Group” və BBC-də isə kreativ direktor vəzifələrində çalışıb. O, Böyük Britaniya vətəndaşıdır.
Xatırladaq ki, “PAŞA Bank”ın İdarə heyətinin sədri Cavid Quliyevdir. (Plat.az)

Britaniya vətəndaşı “PAŞA Bank”ın sədrinə müşavir təyin olunub
Aytac Dəniz · Maliyyə ·