Böyük Britaniyanın müdafiə naziri ölkə sularında 3 Rusiya sualtı gəmisinin aşkarlandığını bəyan edib. Nazir bu barədə açıqlama verərək, Rusiyaya birbaşa xəbərdarlıq ünvanlayıb.
Redaksiya xəbər verir ki, nazir Rusiya prezidenti Putinə müraciət edərək, Birləşmiş Krallığın Rusiya fəaliyyətlərini izlədiyini vurğulayıb. O, həmçinin Britaniyanın kabelləri və boru kəmərləri ətrafındakı fəaliyyətlərin müşahidə edildiyini qeyd edib.
Müdafiə naziri bu infrastrukturlara zərər vurmaq cəhdlərinə heç vaxt dözülməyəcəyini bəyan edib. O, belə bir addımın ciddi nəticələrə səbəb olacağını da əlavə edib.
