İngiltərənin Baş naziri Kir Starmer Ukrayna–Rusiya sülh danışıqları ilə bağlı son açıqlamasında prosesin müsbət istiqamətdə irəlilədiyini deyib.
Redaksiya xəbər verir ki, Starmer danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu, həmçinin Ukraynanın maraqlarını əks etdirən bir sıra yapıcı dəyişikliklərin təklif edildiyini bildirib. Onun sözlərinə görə, təqdim olunan taslak mətnin böyük hissəsi qəbul edilə bilən səviyyədədir və bu, danışıqların son mərhələyə yaxınlaşdığına işarə edir.
Baş nazir əlavə edib ki, tərəflər arasında hələ də dəqiqləşdirilməsi gərəkən məqamlar mövcuddur, lakin bunlar “aşılmaz deyil” və diplomatik səylər davam edir.
