Bricit Makron prezidentə şillə vurdu? – VİDEO

Bricit Makron prezidentə şillə vurdu? – VİDEO

Sevinc Kərimova · Hadisə ·

Fransa Prezidenti Emmanuel Makronun Vyetnama səfəri zamanı, həyat yoldaşı Bricit Makronun onun üzünə toxunması sosial şəbəkələrdə geniş rezonans doğurub. Hadisə prezidentin Hanoy şəhərindəki Noi Bai hava limanında təyyarədən endiyi anda baş verib.

Redaksiya xarici mətbuata və Yelisey Sarayına istinadən xəbər verir ki, həmin an lentə alınmış görüntülərdə Bricit Makronun həyat yoldaşının üzünə sərt toxunduğu, prezidentin isə bir anlıq təəccübləndiyi müşahidə olunur. Bu görüntülər sosial mediada “Bricit Makron prezidentə şillə vurdu?” sualını gündəmə gətirib və geniş şəkildə yayılıb.

Məsələyə münasibət bildirən Yelisey Sarayı, bu anı “cütlük arasında yaşanan zarafat və stres boşaltma anı” kimi qiymətləndirib. Açıqlamada bildirilir:

Ortada fiziki zorakılıq yoxdur. Bu, səfər öncəsi yaşanmış şəxsi və ani bir jest idi.

Makronun Vyetnam səfəri, Fransanın Hind–Sakit okean bölgəsində artan Çin təsirinə qarşı strateji mövqeyini gücləndirməyə yönəlmiş diplomatik səfərlər turunun ilk dayanacağıdır. Hadisənin özü isə diplomatik gündəmdən çox ictimaiyyətin diqqətini cəlb edən insani bir səhnə kimi yadda qalıb.

Sevinc Kərimova