Braziliya prezidenti Luiz İnasio Lula da Silva BRICS ölkələrini ABŞ dollarından imtina etməyə çağırıb.
Redaksiya xəbər verir ki, Lula qrup ölkələrinin öz aralarında ticarət və maliyyə əməliyyatlarını milli valyutalar və alternativ ödəniş vasitələri ilə həyata keçirməsinin zəruriliyini vurğulayıb.
Prezidentin fikrincə, dollar asılılığının azaldılması BRICS daxilində iqtisadi müstəqilliyi gücləndirəcək və qlobal güc balansında ciddi dəyişikliklərə səbəb ola bilər.
Qeyd edək ki, son aylarda BRICS çərçivəsində ortaq valyuta və regional ödəniş mexanizmləri ilə bağlı fəal müzakirələr aparılır.
Sevinc Kərimova
