BP Bakıda işçi axtarır - Yeni məzunlar da müraciət edə bilər

BP Bakıda işçi axtarır - Yeni məzunlar da müraciət edə bilər

Aytac Dəniz · İqtisadiyyat ·


BP şirkəti Azərbaycanda yeni karyera imkanı təqdim edir.

Şirkət Bakıda maliyyə koordinatoru (Maliyyə analitiki) vəzifəsi üzrə işçi axtarır. Vakansiya əsasən yeni məzunlar və karyerasının ilkin mərhələsində olan namizədlər üçün nəzərdə tutulub. İş hibrid formatda – ofisdən və uzaqdan həyata keçiriləcək.

Vəzifəyə qəbul olunan əməkdaş Planning & Commercial Operations komandasına qoşularaq biznes və strateji planlaşdırma, iqtisadi qiymətləndirmə, büdcələrin təhlili, maliyyə hesabatlılığı və kommersiya modellərinin hazırlanması proseslərində iştirak edəcək. Həmçinin illik planların hazırlanmasına, proqnozlaşdırmaya və tərəfdaş hesabatlılığına dəstək göstərəcək.

Qeyd olunur ki, namizəd mühasibatlıq, maliyyə və ya bizneslə əlaqəli sahədə bakalavr dərəcəsinə malik olmalı, "Excel" proqramında işləməyi bacarmalı və ingilis dilini yüksək səviyyədə bilməlidir. Proqramlaşdırma dilləri, xüsusilə Python üzrə bilik üstünlük hesab olunur. Güclü analitik və problem həll etmə bacarıqları da əsas tələblər sırasındadır.

Vakansiyaya yalnız Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

BP əməkdaşlara çevik iş imkanları, öyrənmə və inkişaf proqramları, həyat və sağlamlıq sığortası, tibbi paket və iş-həyat balansını dəstəkləyən iş mühiti təklif etdiyini bildirir.

Vakansiya ilə bağlı ətraflı məlumat və müraciət BP-nin müvafiq iş elanı səhifəsi vasitəsilə mümkündür.

Valyuta.az