Boyuna ətir vurmaq hormonlarınıza zərbə vura bilər – Alimlər xəbərdarlıq edir!

Boyuna ətir vurmaq hormonlarınıza zərbə vura bilər – Alimlər xəbərdarlıq edir!

Sona Osmanova · Elm ·

Alimlər xəbərdarlıq edirlər ki, ətirin boyun nahiyəsinə vurulması sağlamlıq üçün təhlükə yarada bilər. Bildirilir ki, bu nahiyədə dəri olduqca nazikdir və çoxlu qan damarları ilə zəngindir, bu da kimyəvi maddələrin dəridən daha sürətlə orqanizmə daxil olmasına şərait yaradır.

Redaksiya xəbər verir ki, mütəxəssislərin fikrincə, ətirlərin tərkibində olan kimyəvi komponentlər xüsusilə qalxanabənzər vəzə mənfi təsir göstərə bilər. Bu maddələr hormon reseptorları ilə qarşılıqlı təsirə girərək hormonal balansın pozulmasına, endokrin sistemin həddindən artıq və ya lazımsız şəkildə aktivləşməsinə səbəb ola bilər.

Araşdırmalarda qeyd olunur ki, bəzi kimyəvi birləşmələr hormonların reseptorlarla normal bağlanmasının qarşısını alır və nəticədə orqanizmdə təbii hormonal fəaliyyət pozulur. Bu proses uzunmüddətli dövrdə yığılıcı təsir göstərərək mənfi nəticələrin daha da güclənməsinə gətirib çıxara bilər.

Mütəxəssislər tövsiyə edirlər ki, ətirdən istifadə zamanı daha təhlükəsiz nahiyələr seçilsin və birbaşa dəriyə intensiv tətbiqdən çəkinilsin. Onların fikrincə, bu cür vərdişlər gələcəkdə sağlamlıq risklərinin azaldılmasına kömək edə bilər.