Almaniyanın nəhəng sənaye konserni Bosch-un ölkə daxilində 13 min iş yerini ixtisar edəcəyi bildirilib. Bu addım şirkətin Almaniyadakı ümumi işçi qüvvəsinin təxminən 10 faizinə təsir edəcək və məqsəd 2,5 milyard avro qənaət etməkdir.
Redaksiya xəbər verir ki, bu qərar Bosch-un daha əvvəl elan etdiyi 9 min nəfərlik ixtisarlardan sonra gəlib. Analitiklər bunu Almaniyanın avtomobil sektorunda dərinləşən böhranla əlaqələndirirlər. Son illərdə həm Volkswagen, həm də Continental kimi nəhəng istehsalçılar da oxşar ixtisar proqramları həyata keçiriblər.
Ekspertlərin sözlərinə görə, artan xərclər, elektrikli avtomobillərə keçid və qlobal bazarlardakı qeyri-sabitlik Almaniyanın avtomobil sənayesini çətin vəziyyətə salıb. Bosch-un bu addımı istehsal xərclərini azaltmaq və rəqabət qabiliyyətini saxlamaq üçün atdığı qeyd olunur.
