Bulqarıstanın iqtisadiyyatı üçün mühüm bir addım atılır. Ölkənin milli valyutası olan levin avroya keçməsi ilə bağlı qərarın detalları ictimaiyyətə açıqlanıb.
Redaksiya məlumat verir ki, Bolqarıstan Mərkəzi Bankının (BNB) sədri Dimitar Radev, 1 yanvar 2026-cı il tarixindən etibarən levin avroya keçmək üçün hazırlıqların başa çatdığını bildirib. Plevne şəhərində mətbuat konfransında çıxış edən Radev, ölkənin avroya keçid üçün bütün lazımi şərtləri yerinə yetirdiyini vurğulayıb. O, BNB adından danışaraq, bu məsələdə son sözün Avropa Mərkəzi Bankı və Avropa Komissiyasına aid olduğunu qeyd edib. Radev, avroya keçid üçün əsas kriteriyalardan biri olan inflyasiya ilə bağlı Bolqarıstanın müvafiq addımlar atdığını və aprel ayına qədər illik orta inflyasiyanın 2,7% səviyyəsində qaldığını xatırladıb.
Avroya keçidlə əlaqədar vətəndaşların əmanət hesablarındakı vəsaitlərinin azalmayacağını da bildirən Radev, daha əvvəl avroya qoşulan ölkələrdə vətəndaşların gəlirlərinin 10-15% artdığını və həyat standartlarının yüksəldiyini qeyd edib.
Bolqarıstan parlamenti və hökumətinin levin avroya keçməsi ilə bağlı qərarının referendumla təsdiqlənməsinə qarşı çıxan prezident Rumen Radev, son sözün xalqa verilməsini təklif edib. Lakin parlamentin sədri Nataliya Kiselova bu təklifin qanunvericiliyə zidd olduğunu bildirərək, ümumi iclasda müzakirəyə çıxarılmasını rədd edib. Bu hadisələr fonunda, Bolqarıstanın avroya keçid prosesi ilə bağlı müzakirələr davam edir.
Sevinc Kərimova
