Kamen Zahariyev “Unibank”ın Müşahidə Şurasından ayrılıb.
Kamen Zahariyev bankın Müşahidə Şurasının müstəqil üzvü və Audit Komitəsinin sədri vəzifələrindən ayrılıb.
Məlumata görə, bununla bağlı qərar bankın səhmdarlarının ümumi yığıncağında qəbul edilib.
Qeyd edək ki, Kamen Zahariyev 2024-cü ilin iyul ayında “Unibank”ın Müşahidə Şurasına müstəqil üzv seçilib, həmin ilin oktyabr ayında isə Audit Komitəsinin sədri təyin olunub.
Kamen Zahariyev maliyyə və investisiya sahəsində beynəlxalq təcrübəyə malik mütəxəssisdir. O, eyni zamanda Ukraynanın “Citibank”ında Müşahidə Şurasının üzvü, Bolqarıstanda “Singer-Zahariev Foundation” fondunun həmtəsisçisi və müxtəlif investisiya qurumlarında rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildə yaradılmış “Promtexbank”ın birləşməsi nəticəsində təsis edilib. Bankın nizamnamə kapitalı 138,2 milyon manatdır.
Plat.az
