BMT Baş Assambleyasında keçirilən səsvermədə 142 ölkə iki dövlətli həllin həyata keçirilməsini və müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyib.
Redaksiya xəbər verir ki, 12 ölkə bitərəf qalıb, 10 ölkə isə təşəbbüsün əleyhinə səs verib. Əleyhinə çıxış edənlər arasında ABŞ, Macarıstan və Argentina da olub.
Qəbul edilən qətnamə İsrail-Fələstin münaqişəsinin həllində beynəlxalq hüquqa və BMT-nin mövcud qərarlarına əsaslanan siyasi prosesin vacibliyini bir daha təsdiqləyib.
