Bloomberg indeksinə görə dünyanın ən varlıları siyahısı açıqlanıb

Bloomberg indeksinə görə dünyanın ən varlıları siyahısı açıqlanıb

Sona Osmanova · Dünya ·

Dünyanın ən varlı şəxslərinin yenilənmiş siyahısı açıqlanıb və siyahıda texnologiya sektorunun nümayəndələri üstünlük təşkil edir. Qlobal miqyasda böyük sərvətə malik şəxslərin əksəriyyəti məhz texnoloji şirkətlərin qurucuları və rəhbərləri kimi tanınır.

Redaksiya Bloomberg Milyarderlər Endeksi istinadla xəbər verir ki, ilk onluqda yer alan səkkiz nəfər texnologiya sahəsində fəaliyyət göstərən milyarderlərdir. Siyahıya ən yüksək sərvətlə İlon Mask başçılıq edir, digər yerlərdə isə Larri Peyc, Ceff Bezos, Serqey Brin, Larri Ellison, Mark Zukerberq, Stiv Balmer və Censen Huanq yer alır.

Texnologiya sektorundan kənar ilk onluğa daxil olan şəxslər isə Bernar Arno və Uorren Baffetdir. Onların sərvəti əsasən istehlak malları və investisiya fəaliyyəti ilə əlaqələndirilir.

Hesabata əsasən, ölkələr üzrə milyarder sayı baxımından ABŞ birinci yerdədir. Onu Çin, Hindistan, Almaniya, Rusiya, Böyük Britaniya və Fransa izləyir. Bu bölgü qlobal sərvətin əsasən inkişaf etmiş iqtisadiyyatlarda cəmləşdiyini göstərir.