ABŞ-ın keçmiş dövlət katibi Antoni Blinken İranla bağlı açıqlamasında Tehranın danışıqlarda üstünlük əldə etdiyini bildirib.
Redaksiya məlumat verir ki, Blinkenin sözlərinə görə, Donald Tramp hazırkı vəziyyətdən çıxış yolu axtarır və razılaşmanın əldə olunması vacibdir.
Keçmiş dövlət katibi bildirib ki, İran artıq ciddi rıçaqlar qazanıb və danışıqlarda bundan istifadə edəcək.
Blinken qeyd edib ki, Tramp administrasiyası İranla bağlı gərginliyin azalması və razılaşmaya gedən yolun açılması üçün siyasi çıxış formulu tapmağa çalışır.
Onun fikrincə, mövcud vəziyyətdə diplomatik razılaşma həm Vaşinqton, həm də Tehran üçün əsas seçim olaraq qalır.
