Bill Klintondan sarsıdıcı etiraflar: Netanyahu müharibə ilə hakimiyyətdə qalmaq istəyir – VİDEO

Bill Klintondan sarsıdıcı etiraflar: Netanyahu müharibə ilə hakimiyyətdə qalmaq istəyir – VİDEO

Sevinc Kərimova · Siyasət ·

Dünyanı sarsıdan açıqlamalar bu gün ABŞ-ın sabiq prezidenti Bill Klintondan gəlib. O, İsrailin hazırkı Baş naziri Benyamin Netanyahunun illərdir İranda müharibə aparmaq istədiyini və bunun arxasında hakimiyyətdə qalmaq məqsədinin dayandığını bildirib.

Redaksiya xəbər verir ki, Klinton bu fikirləri çıxışı zamanı səsləndirib: “Netanyahu uzun müddətdir İranda müharibə aparmaq istəyir, çünki bununla hakimiyyətdə qalmağı hədəfləyir. Onsuz da son 20 ilin böyük hissəsində hakimiyyətdə olub.”

Klintona görə, vəziyyətin bu şəkildə davam etməsi təhlükəlidir və gərginlik nəzarətdən çıxmamış, proseslərə təsir edə biləcək liderlərin – o cümlədən Donald Trampın və ya digər şəxslərin – vəziyyəti sakitləşdirməsi vacibdir. “Yaxın Şərqdəki dostlarımızla həm həmrəylik göstərməli, həm də onları qorumalıyıq,” – deyə o əlavə edib.

Eyni zamanda, sabiq prezident vurğulayıb ki, sadəcə normal həyat yaşamaq istəyən mülki şəxslərin həyatını itirdiyi müharibələr çıxış yolu deyil. O, İranın nüvə silahına sahib olmasının qarşısının alınmasının vacibliyini də dilə gətirib: “Mən də bunu etməyə çalışdım və qismən uğurlu olduq. Lakin bu, müdafiəsiz insanların öldüyü birbaşa qətliamları haqlı çıxarmır.”

Sevinc Kərimova