ABŞ-ın sabiq prezidenti Co Bayden bəyan edib ki, vəzifədən getdikdən sonra bir sıra Avropa liderləri Donald Trampın siyasəti ilə bağlı ondan dəstək istəyib.
Redaksiya xəbər verir ki, Bayden bu barədə SHRM konfransında çıxışı zamanı danışıb. O bildirib ki, Tramp administrasiyası dövründə bəzi Avropa liderləri birbaşa ona müraciət edərək vəziyyətlə bağlı məsləhət istəyib. Bayden qeyd edib ki, rəsmi şəkildə müdaxilə edə bilməzdi, lakin müxtəlif tövsiyələr verib.
Sabiq prezident çıxışı zamanı NATO-nun onun dövründə əhəmiyyətli dərəcədə gücləndiyini və bunun əsas nailiyyətlərdən biri olduğunu vurğulayıb.
Bayden, ABŞ-ın beynəlxalq səhnədən çəkilməsinin qlobal nizam üçün təhlükəli nəticələr doğuracağını bildirib: “ABŞ geri çəkilərsə, yaranan boşluğu avtoritar qüvvələr dolduracaq”, — deyə o xəbərdarlıq edib.
Wall Street Journal-ın məlumatına görə, Bayden həmçinin administrasiyası dövründə həyata keçirdiyi bir çox siyasətin Trampın gəlişi ilə sürətlə dəyişdiyini bildirib.
Sevinc Kərimova
