Bəzi Avropa ölkələri İrana qarşı sanksiyaların bərpasını tələb etdi

Bəzi Avropa ölkələri İrana qarşı sanksiyaların bərpasını tələb etdi

Sevinc Kərimova · Siyasət ·

Böyük Britaniya, Fransa və Almaniya İranın 2015-ci il nüvə anlaşmasını pozduğunu əsas gətirərək BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Redaksiya xəbər verir ki, üç ölkə Tehranla bağlı sanksiyaların yenidən qüvvəyə minməsini tələb edib.

Müraciətdə İranın razılaşma öhdəliklərini yerinə yetirmədiyi vurğulanır və beynəlxalq ictimaiyyətin vahid mövqeyinin vacibliyi qeyd olunur.

Sevinc Kərimova