"Bəniz"  10 il 3 ay müddətinə azadlıqdan məhrum edildi

"Bəniz" 10 il 3 ay müddətinə azadlıqdan məhrum edildi

Aytac Dəniz · Cəmiyyət ·

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Bəniz" ləqəbli "Tiktok"er Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçən iclasda tiktokerin vəkilləri müdafiə çıxışları ediblər.

Daha sonra xanım tiktoker son söz deyib. O, günahsız olduğunu və ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.

Hökmə əsasən, "Bəniz" ləqəbli tiktoker 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev məhkəməyə Aybəniz Xəlilovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əldə etmək məqsədi ilə törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.

Məhkəmə istintaqı dövründə isə zərərçəkmiş xanım tiktokerdən şikayətçi olmadığını bildirib.

Unikal