BƏƏ və İsrail əməkdaşlığı genişləndirir

BƏƏ və İsrail əməkdaşlığı genişləndirir

Nizami Salmanov · Media ·

Birləşmiş Ərəb Əmirlikləri və İsrail strateji əməkdaşlığı daha da artırmaq niyyətindədir. İsrail mediası iki ölkə arasında münasibətlərin artıq təkcə diplomatik və iqtisadi sahələrlə məhdudlaşmadığını, daha dərin təhlükəsizlik və əməliyyat koordinasiyasına keçdiyini yazır.

Redaksiya Channel 12-yə istinadla xəbər verir ki, BƏƏ İsraillə əməkdaşlığı şüurlu şəkildə dərinləşdirir və bu əlaqələr artıq əvvəlki kimi gizli saxlanılmır. Kanalın qiymətləndirməsinə görə, Əbu-Dabi hazırda İsrailin ərəb dünyasındakı ən yaxın tərəfdaşına çevrilib.

Məlumata görə, tərəflər arasında əməkdaşlıq xüsusilə regional təhlükəsizlik, İranla bağlı risklər, müdafiə texnologiyaları və strateji koordinasiya istiqamətlərində genişlənir. Bu proses Yaxın Şərqdə dəyişən güc balansı fonunda daha açıq xarakter almağa başlayıb.

BƏƏ və İsrail münasibətləri 2020-ci ildə imzalanan İbrahim razılaşmalarından sonra normallaşmışdı. Son hadisələr isə bu münasibətlərin sadəcə diplomatik tanınma mərhələsindən çıxaraq daha praktik və təhlükəsizlik yönümlü tərəfdaşlığa çevrildiyini göstərir.