Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı

Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı

Aytac Dəniz · Cəmiyyət ·

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb.

Redaksiya yerli mediaya istinadən xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqun Koltsovo, eləcə də Soçi hava limanlarında çoxsaylı uçuşlar gecikdirilib və ya ləğv olunub.

Bəzi aviareyslərin oktyabrın 18-nə keçirildiyi qeyd edilir.

Məlumata görə, uçuş cədvəllərindəki dəyişikliklərdən ən çox “Aeroflot”, “Rossiya”, “Pobeda”, “UTair”, “Turkish Airlines”, “Pegasus”, “Nesma Airlines”, “Red Wings” və “Nordwind” aviaşirkətləri təsirlənib.

Gecikmələr arasında Azərbaycana uçuş da var.

“Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı istiqamətindəki reysinin əvvəlcə oktyabrın 16-sı saat 23:45-dən oktyabrın 17-si saat 15:50-yə, daha sonra isə saat 14:00-a keçirildiyi bildirilir.

Lent.az