Bakıda həbs edilən Sputnik agentliyinin jurnalistləri İqor Kartavıx və Yevgeni Belousovun apellyasiya şikayəti təmin olunmayıb.
Redaksiya xəbər verir ki, bu gün Bakı məhkəməsində hər iki jurnalistin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi apellyasiya şikayətinə baxılıb.
Məhkəmə vəkillərin müraciətini rədd edib və birinci instansiya məhkəməsinin barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarını qüvvədə saxlayıb.
Nəticədə İqor Kartavıx və Yevgeni Belousov həbsdə qalmağa davam edirlər. İstintaq və məhkəmə prosesi davam etdirilir.
Sevinc Kərimova
