Badamdarda sürüşmə təhlükəsi - Sakinlərə çağırış

Badamdarda sürüşmə təhlükəsi - Sakinlərə çağırış

Aytac Dəniz · Cəmiyyət ·

Badamdar şosesində torpaq sürüşməsi baş verib.

Redaksiya xəbər verir ki, FHN-dən APA-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə Badamdar sürüşmə sahəsinə növbəti vizual baxış zamanı ərazidə sürüşmə prosesinin hazırda aktiv fazada olduğu müəyyən edilib.

Qeyd edilib ki, bununla əlaqədar, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarına sürüşmə prosesinin dinamikası və aktivliyinin artması ehtimalı nəzərə alınaraq, ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən bildirilib ki, Agentliyin mütəxəssisləri Bakı şəhəri, Səbail rayonu, Badamdar–20-ci sahədə baş verən sürüşmə hadisəsi ilə bağlı ərazidə olub.

Ərazidə araşdırma və monitorinqlər aparılıb.

Qeyd edilib ki, aparılan monitorinqlərin nəticəsinə əsasən ərazidə sürüşmə prosesinin aktivləşdiyi, çatların genişləndiyi müəyyən edilib.