Azərbaycanla İran sərhədində yüklərin daşınması məqsədilə giriş-çıxış bərpa olundu

Azərbaycanla İran sərhədində yüklərin daşınması məqsədilə giriş-çıxış bərpa olundu

Sevinc Kərimova · Siyasət ·

Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanla İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması, o cümlədən tranzit məqsədilə giriş-çıxış martın 9-u saat 10:00-dan etibarən bərpa olunub.