Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 830,5 milyon ABŞ dolları təşkil edib.
Redaksiya bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nəzərən 70 % çoxdur.

Azərbaycanda pul baratları üzrə saldo 70 % artıb
Aytac Dəniz · Maliyyə ·